İngiltərə Premyer Liqasında XV turdan təxirə salınmış oyun keçirilib. SİA xəbər verir ki, çempionatın lideri "Liverpul" "Everton"un qonağı olub. Mersisayd derbisi qollu heç-heçə ilə başa çatıb - 1:2.
Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Betu, 90+8-ci dəqiqədə Ceyms Tarkovski fərqləniblər. Qonaqların qollarını isə Aleksis Mak Allister (16) və Məhəmməd Salah (73) vurublar.
Bu nəticədən sonra xallarını 57-yə çatdıran "Liverpul" zirvədəki yerini möhkəmlədib. "Everton" isə 27 xalla 15-ci pillədə qərarlaşıb.