Putin Trampı Moskvaya dəvət edib

12 Fevral 2025 21:11 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət edib.

SİA-nın məlumatına görə, RİA Novosti xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

…Rusiya prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib, - Kreml sözçüsü bildirib.

Əli Babayev