Trüdo Trampın təklifini rədd edib...

12 Fevral 2025 20:54 (UTC+04:00)

Kanada heç vaxt 51-ci ştat kimi Birləşmiş Ştatlara qoşulmayacaq və müstəqil ölkə olaraq qalacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Reuters xəbər verir ki, bunu Şimali Amerika krallığının baş naziri Castin Trüdo deyib.

...Bu heç vaxt baş verməyəcək.Kanadalılar öz birlikləri ilə ölkələrində qürur hissi yaradırlar. Onlar planları nəzərdən keçirir, yerli biznesi dəstəkləyir, milli birliyin gücünü nümayiş etdirirlər.

Kanada hökumətinin başçısı prezident Donald Trampın ABŞ-a qoşulmaq təklifini kəskin şəkildə rədd edib.

Trüdo həmçinin Trampın Kanadanın müdafiəyə kifayət qədər sərmayə qoymaması ilə bağlı şərhlərini tənqid edib. Onun sözlərinə görə, Ottava NATO üzvlüyünə sadiqdir və onun möhkəmlənməsinə öz töhfəsini verir.

Trüdo daha əvvəl Trampın polad və alüminiuma tariflər tətbiq etmək qərarını tənqid edərək, onları qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Kanada, lazım gələrsə, Ağ Evin belə siyasətinə qəti cavab verməyə hazırdır.

“The Globe and Mail”in yazdığına görə, Kanada Amerika iqtisadiyyatının bir sıra strateji əhəmiyyətli sektorları da daxil olmaqla, ABŞ-ın əsas polad tədarükçüsüdür.

...Eyni zamanda, Trampın özü Kanadanı qeyri-kafi müdafiə xərclərinə malik “yararsız ölkə” adlandırdı, buna görə də Ottava Vaşinqtonun hərbi yardımına çox güvənir.

Əli Babayev