NATO-nun baş katibi Mark Rutte deyib ki, Putin indi Şimali Atlantika Alyansına hücum etsə, uduzacaq, lakin bir neçə ildən sonra Rusiya daha böyük təhlükə yarada bilər.
SİA-nın məlumatına görə, Rutte bunu çərşənbə günü Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında bildirib, …Baş katib vurğulayıb ki, Alyans ölkələri müxtəlif kəşfiyyat qurumlarının Rusiyanın NATO dövlətlərinə mümkün hücumu ilə bağlı xəbərdarlıqlarına ciddi yanaşmalıdır. Eyni zamanda o, əmin edib ki, Rusiya bu gün Alyansa hücum etsə, məğlubiyyətlə üzləşəcək.
…Əgər Putin NATO-ya hücum etsə, reaksiya dağıdıcı olacaq. Uduzacaq... Caydırıcılıq və müdafiə çox güclüdür.
Bunu Rutte bildirib.
Bununla belə, o qeyd edib ki, Rusiya hərbi sənayesinin indiki tempini nəzərə alaraq, 4-5 il ərzində qüvvələrini xeyli artıra bilər.
Ona görə də NATO buna hazır olmalı və üç şeyə diqqət yetirməlidir: Ukraynaya dəstək, müdafiə xərclərini artırmaq və müdafiə sənayesini inkişaf etdirmək.
…Əks halda pulumuz olacaq, amma özümüzü qoruya bilməyəcəyik. Biz bunu etməliyik. Üstəlik biz əmin olmalıyıq ki, Ukrayna üstünlük əldə edəcək.
Bunu da Rutte bildirib.
Əli Babayev