UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycanın 9 klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib.
SİA xəbər verir ki, AFFA-dan verilən məlumata görə, 2023/2024-cü illər mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti milli assosiasiyanın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.
Məbləğ klublar arasında aşağıdakı qaydada bölüşdürülüb:
“Neftçi” - 217.222.22 avro
“Səbail” – 217.222.22 avro
“Qəbələ” – 217.222.22 avro
“Sumqayıt” – 217.222.22 avro
“Sabah” – 217.222.22 avro
“Araz-Naxçıvan” – 217.222.22 avro
“Zirə” – 217.222.22 avro
“Turan Tovuz” – 217.222.22 avro
“Kəpəz” – 217.222.22 avro.