''İordaniya iordaniyalılara, Fələstin isə fələstinlilərə aiddir”

12 Fevral 2025 18:35 (UTC+04:00)

İordaniyanın xarici işlər naziri Ayman Safadi Ərəb, Misir və Fələstinin Qəzza zolağının yenidən qurulması üçün plan hazırladığını açıqlayıb.

SİA-nın məlumatına görə, ‘‘Əl-Mamleke’’ telekanalına müsahibə verən Ayman Safadi humanitar yardım axınının davam etdirilməsinin və İsrail ilə ‘‘Həmas’’ arasında əldə olunan atəşkəsin davam etsirilməsinin vacibliyini vurğulayıb.

Safadi yenidənqurma planı ilə bağlı ətraflı açıqlama verməsә dә, İordaniyanın məsələ ilə bağlı mövqeyini təkrarlayaraq deyib: “İordaniya iordaniyalılara, Fələstin isə fələstinlilərə aiddir”.