İngiltərənin "Arsenal" klubunun futbolçusu Kay Haverts zədə səbəbindən mövsümü erkən başa vurub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu komandasının Dubaydakı hazırlıq prosesi zamanı bud nahiyəsindən zədələnib. Almaniyalı oyunçunun bu səbəbdən əməliyyat olunub-olunmayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, Kay Haverts bu mövsüm London təmsilçisinin heyətində 34 oyunda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.