Xaricdən gətirilən avtomobillər Belarusda nə qədər bahalaşacaq?

12 Fevral 2025 23:54 (UTC+04:00)

...Belarusda idxal olunan avtomobillər bahalaşacaq, lakin qiymət artımı minimal olacaq.

SİA-nın məlumatına görə, Sənaye və Ticarət Nazirliyinin mətbuat xidməti bildirir.

Dəyişikliklər yanvarın 1-də dəyişdirilən təkrar emal haqqı dərəcəsi ilə bağlıdır. Eyni zamanda, şəxsi istifadə üçün Belarusa gətirilən yeni minik avtomobillərinin təkrar emal haqqının məbləği dəyişməyib.

Bu gün 544,5 rubl təşkil edir. Fiziki şəxslər tərəfindən idxal olunan 3 ildən çox köhnə avtomobillər üçün rüsum bir qədər artıb - 816,7 rubldan 1089 rubla.

Qiymət artımı ilk növbədə üçüncü ölkələrdə istehsal olunan və Belarusda xarici istehsalçıların rəsmi diler şəbəkələri vasitəsilə satılan avtomobillərə təsir edəcək.

Sənaye və Ticarət Nazirliyi Belarus və Rusiya avtomobillərinin qiymətlərinin sıçramayacağına inanır.

Nazlı Almuradova