Azərbaycan güclü müdafiə sənayesi potensialını yaradıb - PREZİDENT

12 Fevral 2025 17:15 (UTC+04:00)

Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Hasan Şeyx Mahmud ilə mətbuata bəyanatında bildirib.

“Düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.