“USAİD təyinatına uyğun olmayan fəaliyyətlərlə məşğul olub” -ŞƏRH EDİLDİ

12 Fevral 2025 16:40 (UTC+04:00)

“USAİD 1961-ci ildə “Marşal” planının davamı, həmçinin ilkin olaraq Avropanın inkişafına dəstək məqsədi ilə yaradılmışdır. Sonradan keçmiş sovet və inkişaf etməkdə olan ölkələrində fəaliyyətə başladı. USAİD həmin ölkələrin Amerika səfirliyində yerləşirdi. USAİD-in fəaliyyəti təhsil, sosial, kənd təsərrüfatı, demokratiyanın inkişafı, insan hüquq və azadlıqları istiqamətində idi. Amma demək olar ki, təşkilatın fəaliyyəti bütün sferaları əhatə edirdi”. Bu sözləri siyasi şərhçi Polad Mehdiyev SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, USAİD təşkilatının büdcəsi Amerika dövləti tərəfindən maliyyələşirdi: “Son büdcəsi isə 50 milyon dollar təşkil edirdi və bu kifayət qədər böyük vəsaitdir. ABŞ tərəfindən həmin təşkilatın fəaliyyətinə monitorinq qoyulandan sonra, yoxlama nəticəsində məlum olub ki, 47 milyon dollar vəsaiti Kolumbiyada olan hər hansı transgenderlərin fəaliyyətinə xərcləyib. Bu barədə Amerika mətbuat xidmətinin rəhbəri elan edib. Həmin təşkilat Serbiyada aşırı savcıları neytrallaşdırmağa 20 milyon vəsait ayırıblar. Qida və təchizatla bağlı maliyyəşməyə, yəni geyim və bu kimi təchizatlara 10 milyon dollar ayırıblar. USAİD təyinatına uyğun olmayan fəaliyyətlərlə, yəni bir növ kəşfiyyat xarakterli işlərlə məşğul olurdu. Bəzi ölkələrdə hakimiyyət dəyişikliklərinədə nail olurdular. Elan olunmuş prinsiplər iqtisadi, sosial dəstək məsələlərini kənara qoyub, əsas məqsədi dövlətlərin daxili işlərinə qarışmaqla orada təsir imkanlarını saxlamaqdan ibarət idi”.

Şərhçi bildirib ki, İndiki adminstrasiya bu siyasətdən çəkilir və ona görə də USAİD-in fəaliyyətinə maraqlı deyil: “Əgər USAİD yenidən fəaliyyət göstərəcəksə nə baş verməlidir? Birinci növbədə təşkilat təyinatına uyğun fəaliyyət göstərməlidir. Digər dövlətlərdə təyinatından kənar başqa işlərlə məşğul olmamalıdır. Biz bilirik ki, Azərbaycan-Ermənistan danışıqlarında USAİD-in sonuncu rəhbəri Pouer ölkəmizə qarşı hansı ədalətsiz mövqe tutmuşdur. O bir-başa siyasi məsələlərə müdaxilə edərək Azərbaycan-Ermənistan hərbi məsələlərində tərəf rolunu oynayırdı. Yəni bu təşkilat əgər yenidən fəaliyyət göstərəcəksə və Azərbaycanda da fəaliyyətini davam etdirəcəksə bu zaman təyinatına uyğun işini görməlidir. Kənd təsərrüfatı və investisiya sahəsi ilə məçğul olmalıdır. Digər hərbi-siyasi məsələlərə qarışmamalı və donorluq etməməlidir. Çünki bir ölkənin daxili içlərinə qarışmaq qanunvericiliyə, beynəlxalq qanunlara ziddir”.