"İnsanlar ölməkdən qorxurlarmı"? - İLAHİYYATÇI ALİM VƏ PSXİOLOQ ŞƏRH ETDİ

12 Fevral 2025 16:38 (UTC+04:00)

Ölüm qorxusu tamamilə təbiidir, necə ki, dünyaya bağlılıq və sevgi də təbiidir. Biz ona görə qorxuruq ki, həyatımıza ziyan dəyəcəyini zənn edirik. Biz eyni zamanda məğlubiyyətlərdən, bədbəxtliklərdən, fəlakətlərdən ona görə qorxuruq ki, həyatımızın təbii halını təhlükəyə salırlar. Çünki əgər biz xəstə olsaq, həyatdan ləzzət almaqdan məhrum olarıq. Xüsusilə də əgər bu xəstəliklər və ya başqa bədbəxtliklər bizi ölümə tərəf aparırsa, daha çox qorxuya səbəb olar. İnsan üçün xəstə olmaq ölməkdən daha yaxşıdır. Çünki xəstəlik həyatla əlaqəni qət etməz. Ancaq əgər ölümlə nəticələnərsə, həyatla olan bağı kəsmiş olar ki, bu onun üçün çox qorxulu və dəhşətli görünər.

Məsələ ilə bağlı SİA-ya açıqlamasında "Heydər" məscidinin imamı, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının üzvü, İlahiyyatçı Rüfət Qarayev bildirib ki, "Ölüm qorxulu bir şey deyil. İnsan o zaman qorxur ki, axirət inancı var və dünyada əməlləri düzgün deyil”.

Onun sözlərinə görə, hansısa formada əməllərini naqis yerinə yetirir, Allahın istədiyi kimi Allaha bəndə olmur, ibadətlərini doğru düzgün həyata keçirmir və bu zaman insana qorxu hasil olur ki, mən bu yaşa qədər yaşayıb ömrümü sona çatdıracam və Allahın hüzuruna çıxacam və etdiyim əmmələrə görə Allaha əməllərimin hesabatını verəcəm. “Müəyyən formada insana qorxu hasil olur. Ümumiyyətlə axirət inancı olmayan insanlarında dünyaya elə bir bağlılığı olur ki, onlarda ümumi ölümdən qorxurlar ki, bu həyat bitəcək və artıq həyat bitdiyi üçün, dünyadakı mal-dövlətləri, sərvətləri, övladları, ailələrindən ayrılmaqları üçün ölüm qorxusunu yaşamış olurlar. Amma işin həqiqətinə gəldikdə isə uca rəbbimiz "Qurani-Kərimdə" buyurur ki, bütün canlılar ölümü dadacaqdır. Yəni ölümün dadı nədirsə, dadını hiss edəcəklər, duyacaqlar. Dahi şairimiz Nizami Gəncəvi buyurur ki, ölüm ölmək deyil, əslində insan ölməklə həyatı bitmir, qurtarmır, ölüm bir yerdən başqa bir yerə yer dəyişməkdir. Necə ki, ana bətnində olarkən 4 aylıqda insana ruh verilir, o ruh insana verildikdən sonra insan 9 aylıqında dünyaya gəlir, yaşayır, bədəni maddi olaraq torpaqdan yaranır, ruhu isə Allah tərəfindən verilir. Və insan dünyadan köçdükdən sonra isə yenə cismi torpaqın altına əmanət olaraq qoyulur, ruhuda Allah tərəfindən ruhlar aləminə göndərilmiş olur”.

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova isə SİA-ya açıqlamasında bildirib ki, "İnsanlarda yaranan ölüm qorxusu təşviş nəticəsində yaranır. Hansı ki, onlarda təşvişin yaranması baş verəcək stiuasiyalardan bağlı olur. Bəzən elə stiuasiyalar olur ki, insan həmin anda ölümü dərk etmədiyi halda, məsələn bir avtomobil qəzasının baş verməsi, avtomobil qəzasına qədər baş verəcək sürətin aşağı olmasını insan beynində sanki dərk etmir”.

Onun sözlərinə görə, daha çox insanlar emosyalara və erforiyalara qatılaraq özü-özlərini qorxudurlar. “Bəzən insanlar var ki, biz söhbət edərkən deyirlər ki, elə ritmik musiqi olur ki, özümdə olmuram, amma musiqini saxladıqdan sonra isə düşünürəm ki, mən özümdə deyildim. Bu zamanda insanlar başlayırlar ölüm qorxusunu yaşamağa. Yaşadığı ölüm qorxusunu səbəbini daha dolğun, daha aydın izah edə bilir ki, mən ölümdən niyə qorxdum. Biz bəzəndə yaşlı nəslin arasında, hər hansısa bir xəstəliyi olan insanların arasında olan ölüm qorxusunu duyan insanlarda ölmək istəmədiklərini müşahidə edirik. Təbiidir ki, insan yaşamaq istəyir, can şirin şeydir, yaşamaq gözəldir, həyat gözəldir. Bəzən görürük ki, hər hansısa bir insanın 70 yaşdan yuxarı yaşı var, amma görürük ki, ölümdən qorxur. Amma düşünürəm ki, bu həyatda sağikən ölməmək lazımdır. Sağikən ölmək sənin insanlara qarşı mənfi düşüncələrindi. Neqativ olan hər hansısa bir bağdır. Hansı ki, sən elə onu düşündükcə, o insanları sarsıdırsan və bilirsən ki sənin bu etdiyin hərəkət düzgün deyil. Bəzən də baxırsan ki, bu həyatı yaşarkən belə ölü olursan”.