Peşə yararlılığına dair rəy alan 114 nəfər vəkilliyə namizədə təlim keçiriləcək

12 Fevral 2025 16:20 (UTC+04:00)

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən uğurla namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. ARVK-dan SİA-ya verilən məlumata görə, şifahi müsahibə mərhələsində 132 vəkilliyə namizəd iştirak edib.

İmtahanların nəticələrinə görə, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini alan 114 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılıb.

Qeyd edək ki, fevralın 20-si saat 10:00-da vəkilliyə namizədlərin icbari təliminin hibrid formada açılış mərasimi olacaq. Əyani təlimlər isə fevralın 24-dən martın 17-dən keçiriləcək.

Təlimlər iki qrup olmaqla Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının əsas binasındakı auditoriyada təşkil ediləcək.