Azərbaycanı Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində 33 cüdoçu təmsil edəcək

12 Fevral 2025 14:45 (UTC+04:00)

Azərbaycan Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində 33 cüdoçu ilə təmsil olunacaq. SİA Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda 12 çəki dərəcəsində 24 kişi və 9 qadın idmançımız mübarzə aparacaq.

Üç gün davam edəcək turnirdə ümumilikdə 38 ölkədən 270 cüdoçu medal qazanmağa çalışacaq.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq. Beynəlxalq Cüdo Federasiyasının qərarına əsasən, “Dünya Cüdo Turu” seriyasına daxil olan "Böyük Dəbilqə" turniri fevralın 14-16-da Milli Gimnastika Arenasında keçiriləcək.