AFFA “Kəpəz”i cərimələyib

12 Fevral 2025 14:43 (UTC+04:00)

AFFA “Kəpəz” klubunu cərimələyib. SİA xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Buna Gəncə klubunun Misli Premyer Liqasının XXII turunda “Araz-Naxçıvan”la matçda 4 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması səbəb olub. Nəticədə klub 700 manat cərimələnib.