Milli Məclis may ayında xüsusi iclas keçirəcək

12 Fevral 2025 14:36 (UTC+04:00)

Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclası keçiriləcək. SİA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.

Qeyd edək ki, parlamentin xüsusi iclası 28 May Müstəqillik Günü ilə əlaqədar may ayında keçiriləcək.