Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirə qatılıblar - FOTO

12 Fevral 2025 13:23 (UTC+04:00)

Bu gün Türkiyənin Nevşehir şəhərində stolüstü tennis üzrə “WTT Youth Contender” turnirinə start verilib. SİA xəbər verir ki, beynəlxalq yarışda Azərbaycanın stolüstü tennisçiləri də bacarıqlarını göstərəcəklər. Milli komandanın məşqçiləri Ramil Cəfərov və Səbinə Əzizlinin rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaqlar.

Beynəlxalq yarışa fevralın 17-də yekun vurulacaq.