Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub

12 Fevral 2025 12:04 (UTC+04:00)

Fevralın 12-də Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun iştirakı ilə mübadiləsi mərasimi olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.