"Bütün bunlar onları məğlub duruma salacaq" - ŞƏRH EDİLDİ

12 Fevral 2025 11:41 (UTC+04:00)

"Ermənistan və Fransa münasibətləri inkişaf etməkdədir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, bu təkcə bu günün bir nəticəsi deyil: "Hələ 100 il əvvəl də Fransa o dövlətlərdən idi ki, soyqırımla bağlı ABŞ-la birlikdə real addımlar atdı. Fransa 1991-ci ilə qədər həm də ondan sonra Ermənistanın yanında yer alaraq onların maraqları ilə uzlaşdı. Vaxtı ilə biz Fransadakı müxtəlif prezidentlərin dönəmində də Parisin Qarabağ məsələsi ilə bağlı Ermənistana verdiyi dəstəyi vurğulaya bilərik. Makron hakimiyyətə gəldikdən sonra Nikol Paşinyanın Ermənistanda Baş nazir seçilməsi ilə bu münasibətlər daha da inkişaf etdi.

Bu gün biz Ermənistan və Fransa münasibətlərinin daha sıx şəkildə inkişaf etdiyini görürük. Onların hərbi texniki əməkdaşlığı da davam edir. Bu münasibətlər siyasi tərəfdaşlığı özündə ehtiva edirdisə artıq bu və ya digər şəkildə davam edəcək. Fransa tərəfi başa düşməlidir ki, onun Cənubi Qafqazda Ermənistanın əli ilə öz ambisiyalarını reallaşdırması alınmayacaq. Ona görə ki, Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir. Ermənistan sülh prosesinə zərər verir. Bu gün burada baş verənlər bir daha onu göstərir ki, Fransa ciddi səhvlərə yol verir. Bütün bunlar onları məğlub duruma salacaq".