5 nəfərdən 9 kiloqram narkotik aşkarlanıb

12 Fevral 2025 10:53 (UTC+04:00)

Beyləqanda saxlanılan beş nəfərdən 9 kiloqram narkotik aşkarlanıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbir nəticəsində əvvəllər məhkum olunmuş Faiq Qasımovu saxlayıb, ondan 8 kiloqram marixuana aşkarlanıb.

Bundan başqa, keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 4 nəfər - Şirzad Alışov, Şirxan Quliyev, Aqil Mirzəyev və Ceyhun Cəfərov saxlanılıblar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılanlar barəsində həbs qətimkan tədbiri seçilib.