53 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

12 Fevral 2025 09:40 (UTC+04:00)

Şirvanda beş evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. SİA xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə şəhər ərazisində yerləşən beş evdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Mirzağa Qasımov saxlanılıb. Onun evlərdən 53000 manat dəyərində qızıl-zinət və məişət avadanlıqları oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.