Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir - Fransisk

12 Fevral 2025 08:04 (UTC+04:00)

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ABŞ Katolik Yepiskoplarının Konfransına məktub ünvanlayıb. SİA xəbər verir ki, pontifik Birləşmiş Ştatlarda qeyri-qanuni mühacirlərin və qaçqınların kütləvi deportasiyası proqramından narahatlığını ifadə edib.

Papa Fransisk nizamlı və qanuni miqrasiyanı tənzimləyən siyasəti təşviq etməyə, insanlara qarşı ayrı-seçkiliyə və pis davranışlara yol verməməyə çağırıb.

“Bir çox hallarda ifrat yoxsulluq, istismar, təqib və ya ətraf mühitin ciddi şəkildə pisləşməsi səbəbindən öz vətənlərini tərk etmiş insanların deportasiyası insanların, bütövlükdə ailələrin ləyaqətinə zərbə vurur və onları xüsusi həssas vəziyyətə salır. Qanunun aliliyi bütün insanların, xüsusən də ən kasıb və marjinal olanların layiq olduğu ləyaqətli rəftarda özünü göstərir”, - deyə Roma Papası qeyd edib.