DİQQƏT: Bakının bu hissələri qazsız qalacaq

12 Fevral 2025 06:30 (UTC+04:00)

Bu gün Bakının Səbail rayonu, Badamdar qəsəbəsində qaz təchizatında məhdudiyyət yaranacaq. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, T.Məmmədov küçəsi 64 ünvanında yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə 12.02.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə S.İbrahimxəlilov, Ə.Nəzərov, Məktəbli, S.Məmmədov, N.Paşayev, C.Məmmədli, İ.Ağayev, T.Məmmədov küçələrinin, həmçinin 9-cu, 10-cu, 11-ci, 12-ci, 13-cü Badamdar, Neftçilər döngəsi adlanan yasayış ərazilərin qaz təchizatında müvəqqəti fasilələr yaranacaq.