Mask agentliyin nəyə xidmət etdiyini AÇIQLADI

12 Fevral 2025 04:24 (UTC+04:00)

Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAID) işi ilk növbədə seçkilərə təsir göstərmək məqsədi daşıyırdı. SİA xəbər verir ki, bu barədə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Mask Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib. "USAİD-in gördüyü işlərin çoxu seçkilərə təsir etmək məqsədi daşıyırdı", - milyarder deyib. Mask vurğulayıb ki, USAID seçkilərə təsir etmək üçün “şübhəli vasitələrdən” istifadə edib.