"Telegram" bu ölkədə çökdü

12 Fevral 2025 03:22 (UTC+04:00)

Rusiyadan olan "Telegram" istifadəçiləri messencerdə problemlər yaşadığını bildiriblər. SİA xəbər verir ki, bu, "Downdetector" xidməti məlumat yayıb . Problemlər haqqında hesabatların əksəriyyəti Moskva və Moskva vilayətindən, Sankt-Peterburqdan və Leninqrad vilayətindən, həmçinin Tver vilayətindən və Nijni Novqorod vilayətindən gəlir.

İstifadəçilərin 64%-i mobil proqramdakı nasazlıqdan, 16%-i vebsaytdakı nasazlıqdan, 14%-i bildirişlərdəki nasazlıqdan, 3%-i ümumi nasazlıqdan, 1%-i şəxsi kabinetdəki nasazlıqdan şikayətlənib.