Mehin Türkiyədə mükafat aldı

12 Fevral 2025 01:23 (UTC+04:00)

Müğənni Mehin Hümbətova İstanbulda 10-cu Diamond Ceremony mükafat gecəsində iştirak edib. SİA xəbər verir ki, sənətçi "Sus” klipi üçün (Başarı plaketi) mükafat alıb. Eyni zamanda, klipin rejissoru Ahmet Can Tekin də mükafatlandırılıb. Səhnədə Mehinə diplomu məşhur simalar Hakan Bilgin və Demet Şener verib.