…Bayden administrasiyası tərəfindən bir ay əvvəl Rusiyaya qarşı tətbiq edilən neft sanksiyaları indiyədək öz təsirini göstərməkdədir və onun neft ixracından əldə etdiyi gəlirləri aşağı salır. Çinli emalçılar sanksiyalar və logistik problemlər səbəbindən alışları kəsdikcə və məhdudiyyətlər altında olmayan gəmilər üçün yük tarifləri bir neçə dəfə artdığından, Rusiya tədarükçüləri qiymətləri azaltmağa məcbur olurlar.
...SİA-nın məlumatına görə, “Bloomberg” treyderlərə istinadən xəbər verir ki, Uzaq Şərqin Kozmino limanından ESPO markalı neftin qara siyahıya daxil edilməyən tankerlərə çatdırılması mart ayında yükləmə ilə Brent neftinin barreli üçün 2-3 dollar qiymətində həyata keçirilir.
Halbuki, yanvar ayında eyni şərtlər altında yük üçün mükafat 5 dollar və daha yüksək olub.
...”Bloomberg” qeyd edir ki, alıcılara sanksiyaya məruz qalmış tankerdə çatdırılan nefti daha aşağı qiymətə qəbul etmək imkanı da təklif olunur. Treyderlərin dediyinə görə, Çinin dövlət neft emalı zavodları riskləri və potensial nəticələri nəzərə alaraq fevral ayında ESPO təchizat müqavilələrini imzalamağı dayandırırlar.
Bir çoxu Şandunq əyalətində yerləşən müstəqil neft emalı zavodları 2020-ci ilin pandemiyanın vurduğu mart ayından bəri emal həcmini yarıdan çox azaldıb ən aşağı səviyyəyə endiriblər. Onlar üçün Rusiya nefti onun nəqli xərclərinin kəskin artması səbəbindən çox bahalaşıb.
Yanvarın ikinci yarısında yükdaşıma tarifləri ESPO və digər Uzaq Şərq markası olan Sokolun Çinə çatdırılmasına xidmət edən tankerlərin böyük əksəriyyətinə təsir edən sanksiyaların tətbiq edildiyi yanvarın 10-dan əvvəlki qiymətlərlə müqayisədə artıq beş dəfə artmışdı.
Treyderlər, ESPO ticarətini canlı saxlamaq üçün alıcılar və satıcılar daha az tanınan neft terminallarında və ya Şandunq əyalətindən kənarda boşaldmağı, həmçinin dənizdə digər tankerlərə yenidən yükləməyi nəzərdən keçirirlər.
Bununla belə, bu tədbirlər artan məsrəflərlə əlaqələndirilir ki, əksər neft emalı zavodları hazırda bunu ödəyə bilmir.
Əli Babayev