Latviya Belarusa turist səfərlərini qadağan etmək istəyir

11 Fevral 2025 18:47 (UTC+04:00)

…Latviya parlamentində Baş nazir Evika Silinanın da daxil olduğu partiya alyansı olan “Yeni Birlik” fraksiyası “Turizm haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsini baxılmaq üçün təqdim edib. Onlar Belarus və Rusiya ərazisində turizm xidmətləri təklif və təmin edən təchizatçılara qadağa tətbiq etməyi nəzərdə tutur.

SİA-nın məlumatına görə, bunu “delfi.lv” yazır.

Dəyişikliklərin məqsədi Latviya vətəndaşlarına qarşı mümkün insan hüquqlarının pozulması risklərini azaltmaq, habelə onların Belarus və Rusiyanın maraqlarına uyğun hərəkətlərə, yəni işə cəlb edilməsinə yol verməməkdir.

Qanun layihəsi Latviyada qeydiyyatdan keçmiş bütün turoperatorlara şamil ediləcək.

Belarus və Rusiyada turizm xidmətlərinin göstərilməsinə qoyulan qadağa bu ölkələrə qarşı artıq tətbiq edilmiş beynəlxalq sanksiyaların bir hissəsi kimi həyata keçiriləcək və təcavüzə və ya insan hüquqlarının pozulmasına səbəb ola biləcək siyasi-iqtisadi əlaqələrin qarşısını almağa yönəldiləcək.

…Rusiya və Belarusiyaya səyahət indi həm turistlərin özləri, həm də bizim xidmətlərimiz üçün problem yaradan təhlükəsizlik məsələsidir. Biz turoperatorlara əyləncəli səyahətlər təşkil etməyə və vətəndaşlarımızın Latviyanı işğal etmək istəklərini bəyan etməkdən çəkinməyən ölkələrə tam avtobuslarla getməsinə icazə verə bilmərik

Bunu deputat Qatis Liepinş bildirib.

Əli Babayev