Kanye Uest başqaları üçün potensial təhlükə kimi etiketlənib..?

11 Fevral 2025 18:14 (UTC+04:00)

…Gələcəkdə amerikalı reper Kanye Uestin hərəkətləri başqaları üçün təhlükəli ola bilər.

SİA-nın məlumatına görə, bu fikri Psixoterapevt Yevgeni Fomin İctimai Xəbərlər Xidməti ilə söhbətində bildirib.

…Onun bütün qəribə hərəkətləri, məsələn, çoxmilyonluq auditoriyaya böyüklər üçün material dərc etdirmək ruhi xəstəliyin əlamətidir, - deyən ekspert, “ayıq ağlı olan insanın” çətin ki, belə bir şeyə yol vermədiyini vurğulayıb.

Fomin həmçinin təklif edib ki, sənətçinin problemləri onun çoxdan ona düşmüş şöhrətin öhdəsindən gələ bilməməsi ilə əlaqələndirilə bilər.

O, özünü hər şeyə qadir olan yarı tanrı kimi düşünməyə başlayıb, buna görə də istədiyini edir.

Bunu da Fomin deyib.

Qeyd edək ki, son günlər X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində qalmaqallı paylaşımları ilə diqqət çəkən Kanye Uest onlarla porno videolar yerləşdirib, sonra isə hesabını silib.

Əli Babayev