Nikolas Maduro qanunsuz miqrantları qəbul etməyə razılaşıb

11 Fevral 2025 17:56 (UTC+04:00)

Venesuela ABŞ ilə əldə olunan razılaşma çərçivəsində sənədi olmayan immiqrantları ölkəyə geri qaytarmaq üçün iki təyyarə göndərib.

SİA-nın məlumatına görə, Nikolas Maduro deportasiya edilmiş miqrantları qəbul edib vә onların daşınmasını təmin etməyə razılıq verib.

Deportasiya edilənlərdən bəzilərinin Tren de Araqua tayfaları ilə əlaqədə şübhəli bilinirlər.

Bu tənzimləmə Maduro ilə ABŞ nümayəndəsi Riçard Qrenell arasında yanvarın 31-də keçirilən görüşdən sonra edilib.

Qeyd edək ki, danışıqların təfərrüatları bəlli deyil.