KamAZ 2024-cü ildə 3,4 milyard rubl zərər çəkib

11 Fevral 2025 23:53 (UTC+04:00)

…Yük maşını istehsalçısı olan KamAZ 2024-cü il üçün 3,4 milyard rubl xalis zərər qeyd edib.

SİA rus saytlarına istinadən xəbər verir ki, barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Hesabat dövründə gəlir 8,8 faiz azalaraq 323,4 milyard rubl təşkil edib. Ümumi mənfəət 1,4 dəfə azalaraq 24,2 milyard rubl təşkil edib.

Satış mənfəəti 909,4 milyon rubla qədər azalıb ki, bu da 2023-cü illə müqayisədə xeyli aşağıdır. O zaman bu, 14,3 milyard rubl təşkil edirdi.

K5 nəslinin KamAZ yük maşınlarına səsli köməkçi tətbiq olunacaq. O, sürücülərə zəng etmək və qəbul etmək, cari vaxtı və tarixi öyrənmək, səs səviyyəsini tənzimləmək və musiqini dəyişmək imkanı verəcək.

İnteqrasiya edilmiş səs köməkçisi olan avtomobillərin istehsalına 2025-ci ildə başlanılıb və bu funksiya 2023-cü ilin ikinci rübündən etibarən buraxılan modellərdə də nəzərdə tutulub.

Keçən ilin dekabrında KamAZ yük maşınlarını Ozon platformasında almaq mümkün olub.

Bildirilib ki, KamAZ-ın 2023-cü il üçün xalis mənfəəti 13 milyard rubla qədər artıb. Onlar həmçinin yazıblar ki, KamAZ-ın 2030-cu ilə qədər gəliri 806 milyard rubl təşkil edə bilər.

Nazlı Almuradova