Azərbaycan millisinin futbolçusunun çıxış etdiyi klubda baş məşqçi təyinatı olub

11 Fevral 2025 17:04 (UTC+04:00)

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi Türkiyənin "Ankaragücü" komandasının yeni baş məşqçisi müəyyənləşib. SİA xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

I Liqa təmsilçisi Mustafa Dalcıya tapşırılıb. O, bu postda Kemal Özdeşi əvəzləyib.

Qeyd edək ki, "Ankaragücü" 23 turdan sonra 30 xalla 14-cü pillədə qərarlaşıb.