“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı təsis ediləcək

11 Fevral 2025 16:17 (UTC+04:00)

“Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi” yubiley medalı təsis ediləcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planında qeyd edilib.

Həmçinin bildirilib ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş poçt markaları buraxılacaq.