Azərbaycanda işsizliyə görə kimlər müavinət ala bilər? Bunun üçün vətəndaş hara müraciət etməlidir? Ölkəmizdə bununla bağlı sosial yardımı kimlər və necə ala bilər? SİA mövzu ilə əlaqədar Dövlət Məşğulluq Agentliyinə sual ünvanlayıb.
Dövlət Məşğulluq Agentliyi: "Sorğunuza cavab olaraq bildiririk ki, işsizlikdən sığorta ödənişi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunda nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır.
Qanuna əsasən əmək münasibətlərinə aşağıdakı qeyd edilən əsaslarla xitam verilmiş və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər:
Sığorta ödənişi almaq hüququ yaranmış şəxs ilkin mərhələdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” Mərkəzlərində işsiz kimi qeydiyyata alınmalıdır.
Bundan sonra şəxs sığorta ödənişi almaq üçün müraciət edir. Dövlət Məşğulluq Agentliyinin yerli qurumları şəxsin müraciətinə 10 gün ərzində baxaraq, sığorta ödənişinin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsi barədə qərar çıxarır və bu barədə müraciət etmiş şəxsə məlumat verirlər.
Sığorta ödənişi sığortaolunanların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq fərdi məşğulluq proqramını təsdiq etdiyi aydan sonrakı ayın ilk günündən hesablanır.
Dövlət orqanının və ya hüquqi şəxsin ləğvi, işçilərin və ya dövlət qulluqçularının sayı, ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduqda, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə qayıtmaq hüququndan istifadə etdikdə əsasları ilə işdən azad olunduğu hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - 6 ay müddətinə əsas sığorta ödənişi sığorta stajından asılı olmayaraq, şəxslərin itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır.
Əmək müqaviləsinin müddətinin bitməsi halında isə 3 ay müddətinə minimum aylıq əmək haqqı məbləğində ödəniş təyin olunur.
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişdikdə, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdəəsasları ilə işdən azad olunan işsiz şəxslərə ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir".