"Oyun gərgin keçdi". Bunu SİA-ya Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
O, Azərabaycan Premyer Liqasının 22-ci turunda "Zirə"- "Neftçi" (2:1) oyunu ilə bağlı daışıb.
Sultanovun sözlərinə görə, mübarizələrlə dolu qarşılaşmaya şahid olduq: "3 qol vuruldu. Düşünürəm ki, “Neftçi” turnir cədvəlində nə qədər aşağı pillədə olsa da, hər bir oyunda favoritdir. Bu həm də onun adına, tarixinə və oyunçularına görədir. Ona görə “Neftçi”nin qalib gəlməsi normaldır. Heç bir sensasiya olmayıb. Düşünürəm ki, bütün oyunlarda “Neftçi” qalib gələ bilər. Oyun baxımından çox yaxşı keçdi. Komanda da mübarizə apardılar. Çempionat ged-gedə gərginləşməyə başlayır. Çünki oyunlar azalır. Turnir cədvəlində yerlər özünü tutmaq istəyir. Məncə, maraqlı oyun oldu".
Banuçiçək Hüseynli