DSX-nin hərbi qulluqçusunu avtomobil vuraraq öldürüb

11 Fevral 2025 13:13 (UTC+04:00)

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Qusarçay kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində hərəkətdə olan avtomobil Dövlət Sərhəd Xidmətinin (DSX) məzuniyyətə çıxmış hərbi qulluqçusu Şeydabəy Qəhrəmanovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı araşdırma aparılır.