Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşıb

11 Fevral 2025 09:57 (UTC+04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti nisbətən bahalaşıb. SİA xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,45 ABŞ dolları və ya 1,9% artaraq 77,87 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,42 ABŞ dolları təşkil edib.