...Milyarder İlon Maskın anası Mey Mask Juzui kolleksiyası nümayişi zamanı uçuş-enmə zolağında heyrətamiz üslubunu nümayiş etdirib. 76 yaşlı model və iş qadını tədbirə uzun ətək və qısa ağ kürk ilə zərif gümüşü libasda çıxıb.
SİA-nın məlumatına görə, onun görünüşü həcmli saç düzümü və axşam makiyajı ilə tamamlanıb.
Tədbirdə diqqət mərkəzinə çevrilən Mey Mask şounu bağlayıb.
Mey Mask təkcə podiumda deyil, digər sahələrdə də ictimaiyyəti heyran etməyə davam edir.
...WWD nəşri yazır ki, iyun ayında o, kutyur geyimlərində Instyle jurnalının üz qabığında poza verib və çəkilişin müəllifi məşhur moda fotoqrafı Qreq Aleksandr olub.
Qeyd edək ki, Elon Mask böyük bir ailənin ən böyük uşağı olub.
Qardaşı Kimbaldan başqa bir bacısı Toska var. Müsahibələrində Maye Musk əri ilə yaşadığı çətin təcrübələrdən, o cümlədən məişət zorakılığı hallarından, böyük oğlu İlonun onu tez-tez zorakılıqdan qoruduğundan danışıb.
Mey Mask doqquz illik evliliyindən sonra ərini tərk edib və bu təcrübə onun uşaqlarına, xüsusən də Elon-a təsir edib.
Nazlı Almuradova