Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.
SİA xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı hərəkatın bəyanatına istinadla məlumat yayıb.
Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.
Bundan əvvəl Qəzza zolağında üç israilli girov azad edilib.