Qərb ölkələri Ukraynadakı münaqişənin davam etməsinə icazə verdilər və indi onu dayandırmağa çalışmırlar.
SİA-nın məlumatına görə, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze İsveçrənin “Die Weltwoche” nəşrinə müsahibəsində bildirib.
…Böyük münaqişə var idi və təbii ki, bütün Qərb bu işdə iştirak edirdi, Ukraynanı müvafiq silahlarla təmin edirdi və s. Heç kim həqiqətən Ukraynada müharibəni bitirmək və ya müharibənin qarşısını almaq barədə düşünmürdü ki, bu, əlbəttə ki, çoxlarını şoka salır.
Kobaxidze deyib bunu və o, hələ də bəzi ölkələrin rəsmi strukturlarına böyük təsir göstərən qeyri-rəsmi qüvvələrin mövcudluğuna inandığını da gizlətməyib.
O qeyd edib ki, Ukraynadakı münaqişə məhz bu qüvvələr hesabına baş verib.
…Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallası ikiüzlülükdə ittiham edib. O, Avropa diplomatiyasının rəhbərinin Gürcüstan qanunlarını tənqid etməsinə belə münasibət bildirib.
Əli Babayev