"Qalatasaray" polşalı futbolçu ilə anlaşıb

10 Fevral 2025 19:25 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Lans" komandasından polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini icarəyə götürüb. 30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.

Təcrübəli futbolçu "Qalatasaray"la sözləşmə imzalamaq üçün İstanbula gəlir.