Taylandda bir xəstəxanada zorakılıq hadisələrinə qarışan 4 İsrail vətəndaşı ölkədən çıxarılıb.
Ölkənin şimalındakı Pai bölgəsində motosiklet qəzasında yaralanan bir İsrail vətəndaşının aparıldığı xəstəxananın təcili yardım şöbəsinə zorla daxil olan 4 israilli burada qalmaqal yaradıb. Yaralı dostlarını ziyarət etməyə gələn İsrail vətəndaşlarının təcili yardım şöbəsindən ayrılmaqdan imtina etməsi xəstəxana personalını polisə müraciət etməyə vadar edib.
SİA-nın məlumatına görə, hadisə zamanı israillilər dövlət əmlakına ziyan vurmaqda və xəstəxana personalını hədələməkdə günahlandırılıb. Baş verən insidentin ardından 4 vətəndaş adambaşına 3000 baht (88,61 dollar) məbləğində cərimələnib.
Tayland Miqrasiya İdarəsi turist vizaları ləğv edilən 4 İsrail vətəndaşının ölkədən çıxarıldığını bəyan edib.