Almaniyada helikopter qəzaya uğrayıb, ölənlər var

10 Fevral 2025 18:04 (UTC+04:00)

Almaniyanın Orta Frankoniya bölgəsində helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
SİA-nın məlumatına görə, helikopterin haradan havaya qalxdığı və hansı bölgəyə getdiyi hələ müəyyən edilməyib.
Federal Təyyarə Qəzalarının Araşdırılması İdarəsinin (BFU) eksperti və kriminal polis qrupunun iki eksperti qəza yerinə gedib.