Türkiyə rusiyalı turistlərin kart ödənişlərinə çıxışını məhdudlaşdırır…

10 Fevral 2025 23:36 (UTC+04:00)

Türkiyədə rusiyalı turistlər Rusiya kartlarının bloklanması səbəbindən ödənişlərdə çətinlik yaşayırlar.

SİA xəbər verir ki, bu barədə Rusiyanın Antalyadakı baş konsulu Sergey Vetrik məlumat verib.

Onun sözlərinə görə, rusiyalılar Rusiya kartlarının bloklanması ilə bağlı çətinliklər yaşayırlar. Mütəşəkkil turistlərə gəlincə, onlar Rusiyada paket turları rubla alırlar. Ölkə vətəndaşları da kartlarda yaranan problemə görə ödənişi yalnız nağd şəkildə etməlidirlər.

Ödəniş sistemləri ilə bağlı vəziyyət daim dəyişir, ona görə də səyahət etməzdən əvvəl turoperatorlarla məlumatı yoxlamaq lazımdır.

…Ona görə də bəziləri alternativ istiqamətləri nəzərdən keçirir.

Eyni zamanda Türkiyədə otellərin erkən rezervasiyası həmişəki kimi davam edir.

Nazlı Almuradova