"Praktiki mənimsəsələr bəs edər" - Səbuhi Qarayev DANIŞDI

10 Fevral 2025 16:51 (UTC+04:00)

"Məncə, hazırda şagirdlərin dərs yükü yetərincə çoxdur". Bunu SİA-ya Azərbaycan Reqbi Federasiyasının vitse-prezidenti Səbuhi Qarayev deyib.

O, idmanla bağlı məktəb dərsliyinin vacibliyindən danışıb.

Qurum rəsmisi bildirib ki, uşaqlara ilkin idman biliklərin idman dərslərində nəzəri və praktiki mənimsəsələr bəs edər: "İlk əvvəl uşaqlara idmanın onların sağlamlığı və gələcək həyatları üçün nə qədər vacib olduğunu davamlı anlatmaq lazımdır. Bu çox vacibdir. Məktəblərin idman strukturları yaxşı vəziyyətdə (qışda isti zal və isti su) olmalıdır. Müxtəlif idman növlərindən məktəbdaxili və məktəblərarası turnirlərin saylarını artırmaq lazımdır (bu turnirlər var amma azdır). Bu illik qrafiklə təsdiq olunub sistem halına salınmalıdır. ⁠Tanınmış idmançıların və məşqçılərin məktəblərə sıx-sıx səfərlərini təşkil etmək lazımdır".