İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi auditor seçir

10 Fevral 2025 14:06 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının audit üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 148 manatdır.

İddiaçılar təkliflərini fevralın 28-nə qədər agentliyin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 89 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 28-də, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.