Qızılın qiyməti 2 900 dolları ötüb

10 Fevral 2025 09:27 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,57% artaraq 2 904,2 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,06% azalaraq 32,42 ABŞ dollarına bərabər olub.