Türkiyə Superliqası: “Fənərbağça” səfərdə qalib gəlib

9 Fevral 2025 21:14 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında XXIII turun oyunları keçirilir.

SİA xəbər verir ki, günün əsas qarşılaşmasında “Fənərbağça” səfərdə “Alanyaspor”u 2:0 hesabı ilə üstələyib.

Daha əvvəl keçirilən görüşdə “Kasımpaşa” “Rizespor”u məğlub edib - 3:2.

Bu gün, həmçinin “Qalatasaray” “Adana Demirspor”u, “Antalyaspor” “Başakşehir”i sınağa çəkəcək.