Avtovağzal Kompleksinin qarşısında yol qəzası sıxlığa səbəb olub - YENİLƏNİB

9 Fevral 2025 15:36 (UTC+04:00)

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Yol qəzası Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınıb. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə tədbirlər görülür.