Görünüş məsafəsi məhdudlaşacaq, yollar buz bağlayacaq

9 Fevral 2025 14:02 (UTC+04:00)

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Fevralın 10-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.