Polina Rəhimova Braziliya Kubokunun qalibi olub - FOTO

9 Fevral 2025 11:40 (UTC+04:00)

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya Kubokunun qalibi olub. SİA xəbər verir ki, onun çıxış etdiyi "Osasko" finalda "Sesi Bauru"nu 3:1 hesabı ilə məğlub edib.

"Osasko" son olaraq 7 il əvvəl Braziliya Kubokuna sahib çıxmışdı.